AZAL yeni mövsümə hazırlığını davam etdirir. Fanat.az xəbər verir ki, "təyyarəçilər" gündə 1 dəfə olmaqla məşq edir.
Bu arada AZAL növbəti yoldaşlıq oyununu keçirib. Komanda 19 yaşadək futbolçulardan ibarət (U-19) Azərbaycan millisi ilə qarşılaşıb. "AZAL Arena”da baş tutan görüşdə Tərlan Əhmədovun yetirmələri rəqibini 3:2 hesabıyla yenib.
Hesabı açan və matçda son nöqtəni qoyan U-19 millisi olsa da, AZAL bu aralıqda 3 qol vurmaqla qələbəyə sevinib. "Təyyarəçilər"in heyətində Elmin Çobanov, Ruslan Nəsirli və Rüfət Musayev fərqlənib.
Fanat.az