Moldova yığmasının Azərbaycan millisi ilə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. Fanat.az хəbər verir ki, baş məşqçi Ştefan Stoyka 24 futbolçuya dəvət göndərib.
Onlardan 7-si legionerdi. Baş məşqçi Rusiya və Rumıniyanın 3, Ukraynanın bir klubunda çıхış edən legionerlərə dəvət göndərib.
AZAL-ın sabiq üzvü Georgi Boqyu da heyətdə yer alıb. Hazırda Moldovanın "Zarya" klubunda çıхış edən hücumçu 2011/12 mövsümündə ölkəmizdə top qovub.
Qeyd edək ki, Azərbaycan - Moldova oyunu noyabrın 17-də Bakı Olimpiya stadionunda keçiriləcək.
Qapıçılar: İlie Çebanu (Mordovya, Rusiya), Aleksey Koşelev (Şerif), Artyom Qaydukeviç (Daçiya).
Müdafiəçilər: Ştefan Burqiyu, Yon Jardan (hər ikisi "Zimbru"), Simeon Bulqaru (Daçiya), Maksim Potırnike (Şerif), Vadim Boloxan (Milsami), İqor Armaş (Kuban, Rusiya), Viktor Qolovatenko (Sibir, Rusiya), Ketelin Karp (Styaua, Rumıniya), Vitali Bordiyan (Helios, Ukrayna).
Yarımmüdafiəçilər: Aleksandr Antonyuk, Andrey Kojokar (hər ikisi "Milsami"), Aleksandr Onika, Vadim Ratsa (hər ikisi "Zarya"), Yevgeni Koçuk (Daçiya), Aleksandr Vremya (Zimbru), Aleksandr Dedov (Tarqu-Mureş, Rumıniya).
Hücumçular: Radu Qınsar (Şerif), Vadim Ambros (Petrokub-Xınçeşti), Sergey İstrati (Saksan), Georgi Boqyu (Zarya), Nikolay Milinçanu (Petrolul, Rumıniya).
Fanat.az