Azadlıq meydanında bina tikiləcək

Azadlıq meydanında bina tikiləcək

“Formula-1” yarışı paytaxtda keçiriləcək, bunun üçün şərait yaradılmalıdı. Gələn ilin mart-aprel ayında bəzi küçələrdə asfalt örtüyünün dəyişdirilməsi planlaşdırılır. Bütün kanalizasiya qapaqları da bərkidilməlidir. Bunu gənclər və idman naziri Azad Rəhimov deyib. 

Nazir bildirib ki, bu yaxınlarda Azadlıq meydanında əsas “pitstop” və ikimərtəbəli bina tikiləcək: “Komandalar, maşınlar gəlməlidir=. Bu istiqamətdə də işlər aparılır. Düşünürəm ki, işlərin gedişində hər hansı gecikmə yoxdu”.

A.Rəhimov qeyd edib ki, Formula-1 yarışının keçirilməsi ilə bağlı hazırda bütün texniki məsələlər həyata keçirilir//APA

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər