“Ayntraxt” ermənilərə qarşı çıxdı

“Ayntraxt” ermənilərə qarşı çıxdı
Avroliqanın ikinci təsnifat mərhələsinin Polşa “Pyast”ı ilə səfər oyununda Ağdam klubunun xoşagəlməz halla üzləşdiyini bilirsiz. Polşalıların azarkeş qruplarından birində yer alan ermənilər tribunada qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını açmışdılar. Bayraq tez bir zamanda stadiondan uzaqlaşdırılsa da, fakt əks-sədaya səbəb olmuşdu. Bu üzdən Ağdam klubu UEFA-ya müraciət etmiş, narazılığını gizlətməmişdi.

 Avropa Liqasının pley-off mərhələsi çərçivəsində sabah “Qarabağ”la qarşılaşacaq Almaniyanın “Ayntraxt” klubu isə oyunda hər hansı erməni təxribatına imkan yaratmayacaq. Fanat.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin rəsmiləri məlumat verib. “Qarabağ” rəsmilərinin öncədən duyuq saldığı almanlar “dığalar”ın arzusunu gözündə qoyub. Belə cəhd qeydə alınacağı halda, həmin fanatın dərhal tribunadan uzaqlaşdırılacağı və bir daha stadiona buraxılmayacağı bəyan edilib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər