Avropaya şərəfli vida

Avropaya şərəfli vida
Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib. Fanat.az xəbər verir ki, Avropada yeganə təmsilçimiz "Qarabağ" Frankfurtda "Ayntraxt"la qarşılaşıb.
Bakıda keçirilən qarşılaşmada 0:2 hesabı ilə məğlub olan Ağdam təmsilçisini səfərdə asan oyunun gözləməyəcəyi məlum idi. Belə ki, almanlar matçın 10-cu dəqiqəsində hesabı açdı. İlk hissə ev sahiblərinin minimal qələbəsi ilə başa çatdı. İkinci hissənin əvvəllərində Vüqar Nadirovu Reynaldo ilə dəyişən Qurban Qurbanovun planı baş tutdu. Oyuna daxil olan Reynaldo bir neçə dəqiqədən sonra hesabı bərabərləşdirməyə nail oldu. Daha sonra bir neçə əlverişli fürstəi əldən verən təmsilçimiz oyunun 75-ci dəqiqəsində yenidən qapısında qol gördü. Görüş bu hesabla da başa çatdı - 2:1.
"Qarabağ" bu mövsüm Avropa Liqasında Makedoniyanın "Metallurq" (1:0, 1:0), Polşanın "Piast" (2:1, 2:2) və İsveçin "Gefle" (1:0, 2:0) klublarını mübarizədən kənarlaşdırıb.
Avropa Liqası
Play-off
Cavab oyunları
29 avqust
Ayntraxt (Almaniya) - Qarabağ (Azərbaycan) 2:1
Qollar: Aleksandr Mayer, 10; Takaşi İnui, 75 - Reynaldo, 58.
Ayntraxt: 1. Kevin Trapp, 5. Karlos Zambrano, 6. Bastian Oçipka, 22. Stefano Kelotsi, 23. Anderson Bamba, 8. Takaşi İnui, 14. Aleksander Meyer, 16. Stefan Ayqner, 18. Yohannes Flum, 20. Sebastiyn Rode, 27. Pirmin Şveqler (k).
Ehtiyat oyunçular: 30. Feliks Vidvald, 4. Marko Russ, 7. Yan Rozental, 9. Xoselu, 13. Martin Laniq, 15. Konstant Dyakpa, 17. Stefan Şrök.
Baş məşqçi: Armin Fe.
Qarabağ: 89. Miro Varvodiç, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 11. Nikolos Gelaşvili, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 16. Leroy Corc, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 55. Bədavi Hüseynov, 88. Ulriş Kapolonqo. 
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Duarte Qomes, Venansio Tome, Luis Kampos, Bruno Esteves (Portuqaliya).
UEFA nümayəndəsi: Nils Fisketjonn (Norveç).
Hakim-inspektor: Mişel Vautrot (Fransa).
Frankfurt. "Kommersbank Arena". Saat 23.30.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər