Bakıda keçiriləcək Avropa Oyunlarının başlamasına 85 gün qalmış Kommunikasiya şöbəsinin rəhbəri Uilyam Lui-Mari vəzifəsini tərk edib. Fanat.az xəbər verir ki, o, işdən “şəxsi səbəblərlə əlaqədar” çıxıb.
“Təəssüf edirəm ki, şəxsi səbəblərə görə BEGOC-un möhtəşəm komandası ilə bu “səyahəti” axıra çatdıra bilməyəcəyəm. Mən şadam ki, Bakıda işləyə bildim və əminəm ki, Avropa oyunları uğurla keçəcək” deyə, Lui-Mari "Insidethegames"ə bildirib. .
Fransızın öz işini tərk etməsi həmkarları üçün çox gözlənilməz olub. Onun yerini Lui-Marinin müavini Kolin Qibson tutub.
Qibson "The Sunday Telegraph" və "The Daily Mail" kimi mətbu orqanlarda idman redaktoru işləyib. Həmçinin o, İngiltərə Futbol Assosiasiyası və Beynəlxalq Kriket İttifaqında ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri olub.//oxu.az
Fanat.az