Avroliqada ilk qalib müəyyənləşdi

Avroliqada ilk qalib müəyyənləşdi
Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Fanat.az xəbər verir ki, III təsnifat mərhələsinə ilk vəsiqənin sahibi müəyyənləşib.
 
Günün yeganə qarşılaşması İsveçdə baş tutub. Şimal klublarının duelində yerli “Elfsborq” Danimarkanın “Randers” klubunu sınağa çəkib. İlk oyunda olduğu kimi bu dəfə də hesab açılmayıb - 0:0. Qalibi müəyyənləşdirən qol əlavə vaxtda vurulub və "Elfsborq" mərhələ adlayıb.
 
Ötən həftə qolsuz bərabərliklə kifayətlənən rəqiblər qalibi müəyyənləşdirəcək.
 
Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
23 iyul
Elfsborq (İsveç) - Randers (Danimarka) 1:0 (əlavə vaxtda)
Qol: Simon Lundevall,  94.
Qırmızı vərəqə: Nikolay Brok-Madsen, 84 (Renders).
İlk oyun - 0:0.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər