Son turda "Balıkesirspor"a 0:3 hesabı ilə yenilən "Dənizlispor"un vitse-prezidenti Mustafa Üstek istefa verib. Fanat.az xəbər verir ki, klub rəsmisi istefa ərizəsini Denizli bələdiyyəsinin sədri Osman Zolana təqdim edib.
Bələdiyyə sədri isə ona bir qədər gözləməyi məsləhət görərək, ərizəni cırıb. Klubun prezidenti Süleyman Urkay və Transfer Komitəsinin rəhbəri Hikmet Mehmet Çelikkol xəbəri təkzib etsə də, digər rəsmilər təsdiqləyib.
Bu arada, "Dənizlispor" yenicə transfer etdiyi Brüs Pasual İnkanqo ilə yolları ayırılıb. Ayağına top dəymədən klubdan 40 min avro alan fransız yarımmüdafiəçini məşqçilər korpusunun istəmədiyi bildirilib.
Qeyd edək ki, "Dənizlispor"da Arif İsayevlə Saşa Yunisoğlu çıxış edir.
Fanat.az