Arif 15 dəqiqə oynadı, Saşa "18-liy"ə düşmədi

Arif 15 dəqiqə oynadı, Saşa "18-liy"ə düşmədi
Türkiyənin PTT 1-ci liqasında III turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Arif İsayevlə Saşa Yunisoğlunun çıxış etdiyi "Dənizlispor" "Balıkesirspor"un qonağı olub.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Zədəsini yenicə sağaldan Arif İsayev 75-ci dəqiqədə Fatih Yılmazın əvəzinə meydana daxil olub və son 15 dəqiqədə oynayıb. Saşa Yunisoğlunun adı isə bilinməyən səbəbdən "18-liy"ə salınmayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər