Argentina Amerika Kubokuna inamlı qələbə ilə başladı

Argentina Amerika Kubokuna inamlı qələbə ilə başladı

ABŞ-də keçirilən Amerika Kuboku start götürüb.

Fanat.Az xəbər verir ki, turnirin açılış oyununda son dünya çempionu, Lionel Messinin lideri olduğu Argentina millisi ilə Kanada üz-üzə gəliblər.

Görüşün taleyini matçın ikinci hissəsində vurulan qollar həll edib - 2:0. Lautare Martinez oyunun 49 və 88-ci dəqiqələrində rəqib qapılarına yol taparaq komandasına qələbə qazandırıb. İkinci qolun ötürməsini Messi verib.

Qeyd edək ki, Argentina iyunun 26-da Çili, 30-da isə Peru ilə qarşılaşacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər