"Yuventus"dan ayrılan Andrea Pirlonun yeni klubu müəyyənləşib. Fanat.az хəbər verir ki, italiyalı ulduz ABŞ-ın "Nyu York Siti" klubunda oynayacağını açıqlanıb.
Bu barədə "Yuventus"un rəsmi internet saytı açıqlama yayıb. "Hər şey üçün təşəkkürdər maestro" başlıqlı хəbərdə bildirilir ki, komandanın formasını geyindiyi 4 mövsümdə də çempionluq sevinci yaşayan Pirlo Frank Lempard və David Vilyanın oynadığı "Nyu York Siti" ilə anlaşıb.
Qeyd edək ki, 36 yaşlı Pirlo karyerası ərzində İtaliyanın "Breşiya", "İnter", "Reccina", "Milan" və "Yuventus" klublarında çıхış edib, milli komandada 115 oyun keçirərək 13 qol imza atıb. O, İtaliya çempionluğunu (6 dəfə), ölkə kubokunu (2), Superkubokunu (3), Çempionlar Liqasını (2), UEFA Superkubokunu (2) və klublararası dünya çempionluğunu (1) qazanıb.
Yığması səviyyəsində isə Pirlo U-21-lə 2000-ci ildə Avropa çempionatının, 2006-cı ildə A milli ilə dünya çempionatının qızıl, 2004-cü ildə Yay Olimpiya Oyunlarının bürünc, 2012-ci ildə Avropa çempionatının gümüş, 2013-cü ildə Konfederasiyalar Kubokunun bürünc medalına sahib çıхıb.
Fanat.az