Amil Hacıyev ANS-dən getdi

Amil Hacıyev ANS-dən getdi
ANS-in İdman Departamentinin rəhbəri Amil Hacıyev ikinci dəfə ərizə yazaraq işdən çıxıb. Fanat.az xəbər verir ki, bu barədə aparıcının özü məlumat verib. 
"Bir müddət öncə də işdən çıxmaq üçün ərizə yazmışdım. Lakin, kanalın rəhbərliyi işdən çıxmağımı istəmədi. Ona görə də, qalası oldum. Bu dəfə vidalaşdıq. Artıq bir həftədi ki, evdəyəm" deyə Hacıyev bildirib.
İşdən çıxmasının səbəbi ilə bağlı danışan aparıcı ANS-dəki missiyası başa çatdığını dilə gətirib: "Sadəcə, missiyam başa çatdı. Artıq on ilə yaxın idi ki, orda işləyirdim. Hesab edirəm ki, bəsdi".
Hacıyev yeni iş təklifləri barədə götür-qoy etdiyini qeyd edib.
Qeyd edək ki, bir müddət öncə Ayaz Nizamioğlu, Azadə Balayeva, Afət Telmanqızı da ANS-lə yolları ayırmışdı.
Azvision.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər