ABŞ-da keçirilən Amerika Kubokunun ən yaxşı "11-liy"i müəyyənləşib. Fanat.az xəbər verir ki, rəmzi komandada cəmi 4 komandanın üzvləri yer alıb.
Ən yaxşı "11-lik"də ən çox futbolçu ilə Çili təmsil olunub - 6. Finalçı Argentina və 3-cü yerin sahibi Kolumbiyanın 2, 3-cü yer uğrunda oyunda uduzan meydan sahibi ABŞ-ın bir üzvü frqlənib.
Qapıçı: Klaudio Bravo (Çili).
Müdafiəçilər: Nikolas Ortamendi (Argentina), Qari Mendel (Çili), Seyson Murillr (Kolumbiya).
Yarımmüdafiəçilər: Çarles Aranquiz (Çili), Maykl Bradley (ABŞ), Arturo Vidal (Çili), Ceyms Rodriges (Kolumbiya).
Hücumçular: Lionel Messi (Argentina), Eduardo Varqas (Çili), Aleksis Sançes (Çili).

Fanat.az