Bu gün Amerika Kubokunun finalı baş tutub.
Fanat.Az xəbər verir ki, ABŞ-də təşkil olunan turnirin həlledici oyununda Argentina və Kolumbiya üz-üzə gəlib.
Doxsan dəqiqəsi qolsuz heç-heçə ilə nəticələnən görüş əlavə vaxtda argentinalıların qələbəsi ilə yekunlaşıb - 1:0. Lautaro Martinesin 112-ci dəqiqədə vurduğu qol həlledici olub.
Bu, argentinalılar üçün 16-cı kubok olub. Lionel Skalonun komandası bu göstəricidə Uruqvayı (15) qabaqlayaraq lider olub.
İlk "üçlüy"ü Braziliya qapayır (9).