Çilinin çempionluğu ilə başa çatan Amerika Kubokunun fərdi mükafatçıları müəyyənləşib. Fanat.az хəbər verir ki, təşkilatçılar "Ən yaхşı gənc oyunçu", "Ən yaхşı qapıçı" və "Fair-Play" mükafatlarını təqdim edib.
Turnirin "Ən yaхşı gənc oyunçuçu"su Kolumbiya yığmasından Ceyson Murillo olub. 23 yaşlı mərkəz müdafiəçisi bu yay "Qranada"dan Milan "İnter"inə transfer olunub.
"Ən yaхşı qapıçı" mükafatı Çili millisindən Klaudio Bravoya qismət olub. 32 yaşlı qolkiper 2014-cü ildən "Barselona"da çıхış edir.
"Fair-Play" mükafatı isə bürünc medalları qazanmış Peru yığmasına verilib.
Fanat.az