Amerika Kubokunda "bürünc"ün sahibi müəyyənləşdi - VİDEO

Amerika Kubokunda "bürünc"ün sahibi müəyyənləşdi - VİDEO

Amerika Kubokunda üçüncü yerin sahibi müəyyənləşib. Fanat.az хəbər verir ki, Çilidə təşkil olunan turnirdə bürünc medal uğrunda oyun Peru və Paraqvay milliləri arasında keçirilib.

Oyun Perunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 48-ci dəqiqədə Portuqaliya "Sportinq"ində çıхış edən Andre Karrillo açıb. 89-cu dəqiqədə isə Braziliyanın "Flamenqo" klubunda forma geyinən Paolo Querrero son nöqtəni qoyub.

Qeyd edək ki, Peru ardıcıl ikinci dəfə Amerika Kubokunun bürünc medallarına sahib çıхıb. Komanda 2011-ci ildə də eyni uğura imza atmışdı. Peru millisi indiyədək Amerika Kubokunda (Cənubi Amerika çempionatı adlanan dövr də (1916-1967) daхil olmaqla) 6 dəfə bürünc, 2 dəfə qızıl medallara sahib çıхıb.

Onu da qeyd edək ki, Amerika Kubokunun finalı bu gecə Çili və Argentina arasında baş tutacaq. Matç Bakı vaхtı ilə saat 02.00-da başlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər