Amerika Kubokunda ilk finalçı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, ABŞ-də təşkil olunan turnirin yarımfinalında Kanada ilə qarşılaşan Argentina qrupda olduğu kimi, rəqibini 2:0 hesabı ilə məğlub edib.
Qolları ilk yarıda Xulian Alvares və ikinci hissədə Lionel Messi vurublar.
Son dünya çempionu AK-2024-ün finalında Uruqvay - Kolumbiya cütünün güclüsü ilə qarşılaşacaq. Matç bu gecə oynanılacaq. Turnirin finalı isə 15 iyulda baş tutacaq.