Amerika kubokunda ikinci yarımfinalçı müəyyənləşib.
Qol.az-ın məlumatına görə, növbəti oyun günündə Peru Kolumbiya ilə üz-üzə gəlib.
90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Əlavə vaxtda da qapılara qol vurulmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (4:2) Kolumbiya millisi yarımfinala adlayıb.
Qeyd edək ki, daha öncə turnirin ev sahibi olan ABŞ millisi yarımfinala vəsiqə qazanıb. Digər yarımfinalçılara Argentina - Venesuela və Meksika - Çili oyunlarından sonra aydınlıq gələcək.
18 iyun
Amerika kuboku, 1/4 final
Peru - Kolumbiya - 0:0 (penaltilər seriyası - 2:4)
Fanat.az