ABŞ-da keçirilən Amerika Kubokunun qrup mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, bu axşam baş tutan oyunlardan sonra bütün 1/4 finalçılar məlum olub.
C qrupunda maksimum nəticə göstərən Argentina qrupun sonuncu matçında Boliviyanın qapısından 3 cavabsız top keçirib. Çili isə Panamaya 4:2 hesabı ilə qalib gəlməklə adını 1/4 finala yazdırıb.
Qeyd edək ki, buna qədər ABŞ, Kolumbiya, Peru, Ekvador, Meksika, Venesuela da növbəti mərhələyə adlamağı bacarıb.
1/4 final
16 iyun
ABŞ - Ekvador
17 iyun
Peru Kolumbiya
18 iyun
Argentina - Venesuella
Meksika - Çili
Fanat.az