Amerika Kuboku: Argentinanın yarımfinaldakı rəqibi bilindi

Amerika Kuboku: Argentinanın yarımfinaldakı rəqibi bilindi

Amerika Kubokunun 1/4 final mərhələsində daha bir oyun keçirilib.

Fanat.Az xəbər verir ki, ötən gecə Venesuela ilə qarşılaşan Kanada yığması  yarımfinala yüksəlib.

Görüşün əsas vaxtı 1:1 nəticələnib. Penalti seriyasında kanadalılar dəqiq olublar - 4:3.

Kanada yarımfinalda Argentina ilə qarşılaşacaq. Oyun iyulun 10-da, Bakı vaxtı ilə saat 05:00-da başlayacaq.

Xatırladaq ki, turnirin əsas mərhələsində də eyni qrupda yer alan komandalar açılış matçında üz-üzə gəlib, Argentina Kanadanı 2:0 hesabı ilə üstəlıyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər