Ötən gecə Amerika Kubokunun son iştirakçıları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, son vəsiqə sahibləri Kanada və Kosta Rika komandaları olub.
Kanadalılar Trinidad və Tobaqonu (2:0), kosta-rikalılar isə Hondurası (3:1) məğlub edib.
Kanada Argentina, Peru və Çili ilə A qrupuna düşüb. Kosta-Rika isə D qrupunda Braziliya, Kolumbiya və Paraqvayla qarşılaşacaq.
Amerika Kuboku-2024
A qrupu: Argentina, Peru, Çili, Kanada
B qrupu: Meksika, Ekvador, Venesuela, Yamayka
C qrupu: ABŞ, Uruqvay, Panama, Boliviya
D qrupu: Braziliya, Kolumbiya, Paraqvay, Kosta-Rika
Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək.