Amerika Kuboku-2024-ün ən yaxşı oyunçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, turnirin mətbuat xidməti mükafata Kolumbiya millisinin üzvü Xames Rodriges layiq görüldüyünü açıqlayıb.
33 yaşlı yarımmüdafiəçi ABŞ-də təşkil olunan turnirdə 6 matça çıxaraq 1 qola, 6 məhsuldar ötürməyə imza atıb.
Qeyd edək ki, Amerika Kubokunun finalında Kolumbiya millisi Argentinaya (0:1) məğlub olub.
Xames Rodriges 2023-cü ilin yayından Braziliyanın “San Paulu” klubunda çıxış edir. O, karyerası ərzində “Olimpiakos” (Yunanıstan), “Əl-Rayyan” (Qətər), “Everton” (İngiltərə), “Bayern” (Almaniya), "Real" (İspaniya), “Monako” (Fransa), “Portu” (Portuqaliya), “Banfild” (Argentina) və “Enviqado” (Kolumbiya) klublarında çıxış edib.