Aleksandr Starkov millimizi ziyarət etdi

Aleksandr Starkov millimizi ziyarət etdi

19 yaşadək qızlardan ibarət yığmamız (U-19) Latviyanın paytaxtı Riqada təşkil olunacaq “Baltik Kuboku” turnirində iştirak edəcək. Fanat.az xəbər verir ki, bu üzdən hazırda Riqa şəhərində olan yığmamızı sürpriz qonaq ziyarət edib. 

Belə ki, sürpriz şəkildə Latviya millisi ilə 2004-cü ildə Portuqaliyada keçirilən Avropa çempionatına vəsiqə qazanan, eləcə də bu mövsümdən I dəstədə çıxış edəcək "Bakı" klubunun sabiq baş məşqçisi Aleksandr Starkov komandanı ziyarət edib.

Qeyd edək ki, U-19 avqustun 21-də Litva, 22-də Latviya və 23-də Estoniya ilə turnirdə gücünü sınayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər