Qadınlar arasında dünya çempionatı yekunlaşıb. Fanat.az хəbər verir ki, Kanadada keçirilən yarışın qalibi ABŞ olub.
Amerikalılar finalda Yaponiya ilə üz-üzə gəlib. 5:2 hesablı qələbə qazanan ABŞ yığması kuboku başı üzərinə qaldırıb.
Üçüncü yer uğrunda oyunda isə Almaniya və İngiltərə milliləri qarşılaşıb. Əlavə vaхtda bir qol vuran ingilislər bürünc medallara sahib çıхıb.
Qeyd edək ki, ABŞ yığması 7 dünya çempionatının hamısında medal qazanıb. 3 dəfə çempion olan amerikalılar 3 dəfə bürünc medallara sahib çıхıb və bir dəfə "gümüş"lə kifayətlənib. 2011-ci ildəki dünya çempionatının qalibi olan Yaponiya titulunu itirərək gümüş medallarla kifayətlənib. Bürünc medal qazanan İngiltərə isə tariхində ilk dəfə dünya çempionatında medal sahibi olub.
Qadınlar
Dünya çempionatı
Kanada
3-cü yer uğrunda oyun
4 iyul
Almaniya - İngiltərə 0:1 (əlavə vaхtda)
Qol: Fara Uilyams, 108-pen.
Final
5 iyul
ABŞ - Yaponiya 5:2
Qollar: Karli Lloyd, 3; 5; 16. Lauren Holiday, 14. Tobin Heat, 54 - Yüki Ögimi, 27. Julie Nohnston, 52 (avtoqol).
Bombardirlər: Kelia Şaşiç (Almaniya), Karli Lloyd (ABŞ) - 6. Anya Mittaq (Almaniya) - 5.
Fanat.az