Rusiya Premyer Liqasında VII turun oyunlarına start verilib. Fanat.az xəbər verir ki, Ruslan Abışovun çıxış etdiyi "Rubin" bu gün "Ural"ın qonağı olub.
Qarşılaşma Kazan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Rubin"in hər üç qoluna het-trik edən Salomon Rondon imza atıb (17, 55, 75).
Ruslan bu qarşılaqmanın iştirakçısı olmayıb. Baş məşqçi Kurban Berdiyev Avroliqada oynatdığı həmyerlimizi ehtiyatda saxlayıb.
Qeyd edək ki, "Rubin" 7 turda 11 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Fanat.az