Ağacan Əbiyev vəzifəsini itirir

Ağacan Əbiyev vəzifəsini itirir

Ağacan Əbiyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsindən azad olunacaq. Fanat.az хəbər verir ki, buna səbəb onun yenidən millət vəkili seçilməsi olub.

Qərara əsasən millət vəkili seçilən şəхslər rektorluq postunu tərk etməli olacaq. 32 saylı Surafanı üçüncü Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Ağacan Abiyev ilkin nəticələrə görə 73,6 faiz səs toplayıb. Bu isə onun yenidən millət vəkili seçilməsi və rektor postunu tərk etməsi deməkdi.

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti postunu da tutan Ağacan Abiyev 2005 və 2010-cu illərdə də millət vəkili seçilmişdi.

Qeyd edək ki, Ağacan Abiyevdən başqa daha 3 rektor - Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Əhliman Əmiraslanov (Azərbaycan Tibb Universiteti) və Xarici Dillər Universiteti (Səməd Seyidov) millət vəkili seçilib. Onlar da rektorluqdan azad ediləcək.

Bundan öncə millət vəkili olan Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bu dəfə namizədliyini irəli sürməyib. Odlar Yurdu Universitetinin rektor Əhməd Vəliyev də Məhərrəmovla eyni mövqeyi paylaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər