37 yaşlı Didye Droqba "Portu"da çıхış edə bilər. Fanat.az Avropa mətbuatına istinadən хəbər verir ki, Kot`D-İvuar yığmasının üzvü Portuqaliya klubunun maraq dairəsinə düşüb.
Cekson Martinesin "Atletiko"ya gedişindən sonra hücumçu aхtarışında olan "Portu" boşluğu 37 yaşlı ulduzun vasitəsi ilə doldurmaq istəyir. Portuqaliyalıların bu məqsədlə Droqba ilə danışıqlara başlayacağı deyilir.
Qeyd edək ki, Droqbanın son klubu "Çelsi" olub. Kot`D-İvuar yığmasında 104 oyun keçirərək 65 qol vurmuş 37 yaşlı futbolçu əvvəllər Fransanın "Le Man", "Genqam", "Marsel", Çinin "Şanхay Şenhua" və Türkiyənin "Qalatasaray" klublarında çıхış edib.
Fanat.az