Millimizin üzvü Almaniyada qələbə qazandı

Millimizin üzvü Almaniyada qələbə qazandı

Almaniya II Bundesliqasında XXVI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, yığma komandamızın futbolçusu Tuğrul Eratın komandası "Fortuna" təsnifat turunda "Darmstadt"ı qəbul edib.

 

Hər hissədə bir qol vuran "Fortuna" qarşılaşmadan 2:0 hesablı qalibiyyətlə ayrılıb. Düsseldorf klubunun heyətində hər iki qolu Venşop (44, 66) vurub. Milliləşdirilmiş futbolçumuz 69-cu dəqiqədə komanda yoldaşı Bebounu əvəzləyib və son 21 dəqiqəni meydanda keçirib.

 

Qeyd edək ki, bu qələbədən sonra "Fortuna" xallarının sayını 39-a çatdırıb və turnir cədvəlində 5-ci pilləyə yüksəlib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər