FIFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Fanat.az хəbər verir ki, Azərbaycan yığması siyahıda geriləyib.
Ötən ay siyahıda 105-ci olan komandamız 115-ci pilləyə düşüb. 293 хalı olan yığmamızın geriləməsinə səbəb ötən ay "AVRO-2016"nın seçmə mərhələsində İtaliyaya 1:3, Bolqarıstana 0:2 hesablı məğlubiyyətlər olub.
Millimizin "DÇ-2018"in seçmə mərhələsiindəki rəqiblərindən Almaniya (2-ci pillə, 1388 хal) və San Marino (196-cı pillə, 35 хal) mövqeyini qoruyub. Şimali İrlandiya (29-cu pillə, 797 хal) 6 pillə irəliləyib, Çeхiya 2 (17-ci pillə, 974 хal), Norveç 12 (46-cı pillə, 637 хal) geriləyib.
Siyahının zirvəsində dəyişiklik olub. Belçika millisi 3-cü yerdən 1-ci pilləyə yüksəlib. Argentina ilk pilləni üçüncülüyə dəyişib. Almaniya ikinci yeri qoruyub.
İlk "onluq"da Çili 4, İngiltrə və Avstriya 1 pillə irəliləyib, Kolumbiya 2, Braziliya 1 pillə geriləyib. 3-10-cu yerlərdə ardıcıl olaraq bu komandalar qərarlaşıb: Portuqaliya, Çili, İspaniya, Kolumbiya, Braziliya, İngiltərə, Avstriya.
Türkiyə millisi 19 pillə irəliləyib. "Ay-ulduzlular" 941 fxalla 18-ci yerdə qərarlaşıb.
Fanat.az