Fransanın əfsanə futbolçusu və "Real"ın məşqçisi Zinəddin Zidan yeni transfer Qaret Beyl haqda danışıb. Fanat.az xəbər verir ki, Zidan Beylin Kriştiano Ronaldodan nümunə götürəcəyini bildirib:
"Beyl haqda dediyimiz bəzi şeylər səhv başa düşülüb. Bit oyunçu böyük bir qiymətlə transfer ediləndə, həmin futbolçunun üzərində təzyiq olur. Ən azından məndə bu cür olmuşdu. Beylə də təzyiq olacaq, amma onun yanında Ronaldo kimi canlı nümunə var. Biz meydandan kənarda ona hər cür dəstəyi verəcəyik. Bundan əlavə Beyli transfer qiyməti ilə deyil, komandaya verdikləri ilə dəyərləndirmək istəyirik".
Fanat.az