Fransanın məşhur “France football” jurnalının təsis etdiyi Ballon d’Or (“Qızıl top”) mükafatının 2026-cı il üçün qalibləri bir neçə gündən sonra məlum olacaq.
Fanat.Az xəbər verir ki, maraqlı olacağını nəzərə alaraq, “Kəpəz” komandasında bununla bağlı sorğu keçirilib.
Baş məşqçi Azər Məmmədov və futbolçuların qatıldıqları səsvermə 3 nominasiya üzrə (“İlin ən yaxşı futbolçusu”, “İlin ən yaxşı qapıçısı” və “İlin ən yaxşı məşqçisi”) keçirilib. Yekunda maraqlı nəticələr qeydə alınıb. Belə ki, “sarı-göylər” “Barselona”lı (Barcelona) Lamin Yamal (Lamine Yamal), “Arsenal”ın qapıçısı David Raya və PSJ-nin (Paris Saint-Germain) baş məşqçisi Luis Enrikeyə (Luis Enrique) üstünlük veriblər.
Qeyd edək ki, “Qızıl top” mükafatına nominantlar 3 avqust 2025-ci ildən 19 iyul 2026-cı ilə qədər olan göstəriclərə əsasən müəyyənləşdirilib. Ballon d’Or-un qalibləri 26 oktyabr 2026-cı ildə Londonda rəsmən açıqlanacaq.
“KƏPƏZ”in SEÇİMİ
İlin ən yaxşı futbolçusu:
Lamin Yamal (“Barselona”, İspaniya yığması) – 11 səs
Lionel Messi (“İnter Mayami” (Inter Miami), Argentina yığması) – 10 səs
Xviça Kvaratsxeliya (PSJ, Gürcüstan yığması) – 3 səs
Kilian Mbappe (“Real Madrid”, Fransa yığması) – 2 səs
Maykl Olise (“Bavariya” (Bayern Munich), Fransa yığması) – 1 səs
İlin ən yaxşı qapıçısı:
David Raya (“Arsenal”, İspaniya yığması) – 9 səs
Unai Simon (“Atletik Bilbao” (Athletic Club, Athletic Bilbao), İspaniya yığması) – 7 səs
Emiliano Martines (“Çelsi” (Chelsea), Argentina yığması) – 4 səs
Tibo Kurtua (“Real Madrid”, Belçika yığması) – 3 səs
Xuan Qarsiya (“Barselona”, İspaniya yığması) – 2 səs
Vozinya (“Kolo-kolo” (Colo-Colo), Kabo-Verde yığması) – 1 səs
Yassin Bunu (“Əl-Hilal” (Al Hilal), Mərakeş yığması) - 1 səs
İlin ən yaxşı məşqçisi:
Luis Enrike (PSJ) – 19 səs
Mikel Arteta (“Arsenal”) – 5 səs
Luis de la Fuente (İspaniya yığması) – 3 səs