Yılmaz Vural: "Xalq milli komandada məni istəyir"

Yılmaz Vural: "Xalq milli komandada məni istəyir"
"Fatih Terim, Şenol Güneş hansı məşqçiləri yetişdirib? Axmağam ki, "Fənərbaxça"nı, milli komandanı mənə verin deyirəm? Verin, görün nələr olacaq. Türkiyənin ən çox komanda çalışdıran mütəxəssisiyəm. Xalqın sevgilisiyəm, amma futbolun rəhbəriləri məni düşünmür". Fanat.az xəbər ki, bu sözləri türk mütəxəssis Yılmaz Vural deyib.
Daim qalmaqallı açıqlamaları ilə gündəmdə olan Vural futbolçuları qladiator adlandırıb: "Futbolçular modern qladiatorlardı. Bir az parlayan kimi bir bahalı maşın, bir sarışın gözəl verirsiniz. Bu doğru deyil".
Baş məşqçi baş nazirə müraciət edib: "Baş nazirim, xal milli komandanın başında məni görmək istəyir. Mənim çalışdırdığım komandalarda azarkeş sayı artır. Aşağı liqaya düşsək belə, gözəl futbol oynayırıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər