Vladislav Qədirov: "Fasilə işimizə yaradı"

Vladislav Qədirov: "Fasilə işimizə yaradı"
Vladislav Qədirov "Qarabağ"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Rəvan"ın baş məşqçisi çempionatdakı fasilənin onların işinə yaradığını deyib:
"Rəvan"da işləməyimə baxmayaraq, avrokuboklarda "Qarabağ"a azarkeşlik edirdim. Qurban Qurbanovu uğuru münasibəti ilə təbrik edirəm. "Qarabağ" çempionatımızın ən güclü komandalarından biridi. Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə işimizə yaradı. Hər dəfə baxımlı oyun göstərmək olmur. Fikrimcə, komandam bu günə qədər olan ən yaxşı oyununu göstərdi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər