"Fənərbaxça"nın heyətindən kənarlaşdırılan Semih Şəntürk haqqında yayılan xəbərlərə münasibət bildirib. Fanat.az xəbər verir ki, o, sosial şəbəkədə bu xəbərlərə etirazını dilə gətirib:
"Bu gün və daha əvvəl olduğu kimi haqqımda çıxan xəbərlər həqiqəti əks etdirmir. Heç bir mətbuata açıqlama vermədiyimə baxmayaraq yenə yalnış informasiyalar yayılır. Bu cür iddiaları şiddətlə qınayıram. 14 ildi ki, "Fənərbaxça"ya xidmət göstərirəm. Nə klub prezidentinə, nə idarə heyətinə, nə məşqçilər korpusuna, nə də komanda yoldaşlarıma və azarkeşlərimizə xəyanət etmişəm".
Fanat.az