Azərbaycan millisinin baş məşqçisi Berti Foqts nəinki kifayət qədər pul qazanır, hətta sosial sığorta haqqı ödəməkdən də yayınır. Fanat.az xəbər verir ki, bu haqda jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib.
O, deyib ki, məcburi sosial sığorta haqqı ödənişi üçün Azərbaycan mənbələrindən gəlir əldə edən bütün şəxslər qeydiyyata düşməlidilər: "Azərbaycanda bütün legioner idçmançılar məcburi sosial sığorta haqqı ödəməlidir. Təəssüf ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts hələ də bunun üçün qeydiyyata düşməyib".
Fanat.az