“Oyunun ilk yarısı istədiyimiz kimi alınmadı. Amma ikinci 45 dəqiqədə qollar dalbadal gəldi. Aleksandr Kokorinin vurduğu qol isə doğurdan da fantastik alındı”.
Bu sözləri DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində dünən baş tutan Rusiya – İsrail oyunundan sonra Aleksandr Səmədov deyib. Fanat.az xəbər verir ki, Rusiya yığmasının Azərbaycan əsilli yarımmüdafiəçisi şimal qonşularımızla oktyabrın 15 keçirəcəyimiz görüşün əhəmiyyətini qabardıb: “Belə çıxır ki, birbaşa vəsiqənin taleyinə Azərbaycandakı oyunda aydınlıq gələcək. Fikrimcə, tsiklin sonuncu qarşılaşmasında qələbə çox vacibdi”.
Fanat.az