Azərbaycan millisinin üzvü Cihan Özkaranın çıxış etdiyi “Sivasspor”un baş məşqçisi Roberto Karlos mətbuata maraqlı açıqlama verib. Fanat.az xəbər verir ki, Rusiya mətbuatına danışan braziliyalı mütəxəssis sabiq klubu “Anji”nin hazırkı vəziyyətini dəyərləndirib.
Karlos maddi cəhətdən çətinliklər yaşayan klubun çökəcəyini deyib: “Qus Hiddink və mən “Anji”dən ayrıldıq. Klub idarəçiliyində ciddi problemlər vardı. Hesab edirəm ki, “Anji” iki ilə ciddi çöküş yaşayacaq. Əgər mən orada qalsaydım, belə dəyişiklik olmazdı. Komanda hazırda çox təcrübəsiz bir vəziyyətdədi. Əgər yaxşı baş məşqçi və idman direktoru gətirməsələr, işləri çox çətin olacaq”.
Fanat.az