“Azərbaycanla səfər görüşü Rusiya üçün son dönəmlərin ən çətin qarşılaşması olacaq”. Fanat.az xəbər verir ki, bu sözlər rusiyalı futbol mütəxəssisi Valeri Reynqolda məxsusdu.
Reynqold DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də Bakıda keçiriləcək oyunun həlledici matç statusu daşıyacağını vurğulayıb: “İsrail və Lüksemburq üzərində qələbələrə görə “sağ ol” deyirik. Amma həmin iki oyunu unutmaq, qarşıdakı matçlara hazırlaşmaq lazımdı. Yerli assosiasiya azərbaycanlı oyunçulara yaxşı pul mükafatı boyun olacaq. Eyni zamanda, rəqibimizi portəgizlər də stimullaşdıracaq”.
Fanat.az