Rəhim Həsənov Moldovada 7 "sarı" göstərdi

Rəhim Həsənov Moldovada 7 "sarı" göstərdi
Azərbaycanlı hakimlər Avropada daha bir oyun idarə edib. Fanat.az xəbər verir ki, Rəhim Həsənovun başçılıq etdiyi hakimlər briqadası 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Moldova - Uels matçında ədaləti qoruyub. 
Tiraspoldakı "Şerif" stadionunda keçirilən qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Həsənov matçda 7 sarı vərəqədən istifadə edib. Onlardan dördü Moldova yığmasının, üçü Uels millisinin payına düşüb.
Qeyd edək ki, Həsənova Yaşar Abbasovla Mübariz Haşımov yardım edib. Matçın dördüncü hakimi Rauf Cabbarov olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər