"Viləş"i ac qoydular

"Viləş"i ac qoydular

Azərbaycan çempionatının həvəskarlar liqasında həmişə liderlik mübarizəsində gördüyümüz Masallı rayonunun “Viləş” futbol klubu indi çətin durumla üz-üzədi. Fanat.az cenubnews.com xəbər verir ki, komandanın nə bazası, nə də əməlli başlı stadionu var. 

Həmçinin komandanın heç bir maddi dəstəyi də yoxdu. Masallının sabiq icra başçısı Teymur Yəhyəyevdən sonra “Viləş”ə heç bir qayğı göstərilmir. Dəfələrlə Masallı futbolçuları klubu canlandırmağa çalışsalar da, buna imkanları olmayıb.

Futbolçular Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova dəstək olmaq üçün müraciət etsələr də, icra başçısı onları sahibsiz məhəllə komandaları kimi qapısından uzaqlaşdırıb. 

Bundan sonra “Viləş” bir neçə yardımsevər insandan pul toplayaraq oyunlara qatılırdı. Amma bu işlər də istənilən kimi getmədi. Həmin yardımsevərlər də pullarının qurtardığını bildirib. Azərbaycanımızın gələcəyi olan bu futbolçular isə yarı yolda buraxılıb.

Hər bir imkanlı şəxsin qapısından əli boş qayıdan Masallı futbolçuları bu üzdən gündüzlər müxtəlif sahələrdə çalışır, axşamlar isə məşqlərə qatılırlar.

Qeyd edək ki, həvəskarlar liqasında oynayan "Viləş" "Şirvan"a 3:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinal oyununda “Viləş” paytaxtın “Sabunçu” klubu ilə qarşılaşacaq. Oyun aprelin 19-da, saat 15.00-da, Masallının Ərkivan qəsəbə stadionunda başlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər