İran Pro Liqasında IX turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Traktorsazi" bu turda "Malavan"ı qəbul edib.
Hesabı 14-cü dəqiqədə qonaqlar açıb. "Traktorsazi" 22-ci dəqiqədə Əli Kəriminin penalti zərbəsi ilə bərabərliyi təmin edib. 45+1-ci dəqiqədə Kərim Ansarifard Təbriz klubunu hesabda önə keçirib. Lakin Cənubi Azərbaycan klubu 52-ci dəqiqədə üstünlüyü əldən verib və meydandan 1 xalla ayrılıb - 2:2.
Bu xal sayəsində Tehran "Neft"i ilə xal hesabını (16) bərabərləşdirən "Traktorsazi" ikinci pilləyə yüksəlib. "Neft" bu gün "Saypa"nın qonağı olacaq.
Təbrizin digər təmsilçisi "Qostareş-Fulad" bu gün meydana çıxacaq. Cənubi Azərbaycan klubu Bakı vaxtı ilə saat 20.30-da "Persepolis"in qonağı olacaq.
Fanat.az