İran Pro Liqasında VIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, "Traktorsazi" bu turda "Səba Qum"un qonağı olub.
Oyun Təbriz təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Traktorsazi"nin qollarına Farzad Əhmədzadə, Seyid Dəqiqi və Kərim Ansarifard imza atıb.
Təbrizin digər klubu "Qostareş Fulad" isə Xuzestan "İstiqlal"ını qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Traktorsazi" 8 turdan sonra 15 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Qostareş Fulad" isə 10 xalla 8-ci yeri turur.
Fanat.az