"Rəvan" "Şahdağ"la sülh bağladı

"Rəvan" "Şahdağ"la sülh bağladı
Topaz Premyer Liqasında 6-cı turun "Qarabağ”la oyununa hazırlaşan "Rəvan” yığma komandaların görüşləri ilə əlaqədar yaranmış fasilədən istifadə edərək bu gün yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, "Bayıl Arena"da baş tutan görüşdə rəqib I divizion təmsilçisi "Şahdağ” olub.
Baş məşqçi Vladislav Qədirov bu oyunda yüngül zədəsi olan Elvin Həsənəliyev, Aqil Nəbiyev, Rəşad Abdullayev və Əziz Quliyevin, o cümlədən hələ ki fərdi məşqlərlə kifayətlənən Xuan Manuel Vareanın xidmətindən yararlana bilməyib.
Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər