"Qızlar məndən Rəsulu istəyir" - çempionumuzun atası

"Qızlar məndən Rəsulu istəyir" - çempionumuzun atası
“Bakı-2015”in qızıl medal sahibi Rəsul Çunayevin valideynləri “Günə baxan” verilişinin qonağı olublar. Fanat.az xəbər verir ki, güləşçimizin atası Həmzət Çunayev övladını evləndirmək istədiyini deyib:
“Rəsul subaydı. Qismət olsa, olimpiadadan sonra hamını oğlumun toyuna çağırarıq. Gəlin namizədimiz yoxdu. Özü də ailə qurmaq üçün qız axtarmır. İndi qızlar özləri bizdən Rəsulu istəyirlər”.
İdmançımızın anası isə “Uşaqlıqdan dəcəl idi. Bütün ev işlərində mənə kömək edərdi. İki qızım da var. Heç qızlarıma ehtiyac yox idi. Hər işdə Rəsul köməyimə çatırdı. Ailəyə bağlı uşaq olub”, deyə, əlavə edib.
"Qızlar məndən Rəsulu istəyir" - çempionumuzun atası
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər