"Olaf Yansen bizdə gündəlik əsaslarla işlərdi"

"Olaf Yansen bizdə gündəlik əsaslarla işlərdi"
AFFA-nın baş katibi Elxan Məmmədov millinin məşqçisi Olaf Yansenin "Dinamo"nun baş məşqçisi olmasına münasibət bildirib. Fanat.az xəbər verir ki, baş katib alman mütəxəssisn gedişinə etiraz etmədiklərini deyib: 
"O, İsrailə uçuşa bir neçə saat qalmış rəsmi təklif almışdı. Bu barədə bizə görüşüb məlumat vermişdi. Bizim onunla müqaviləmiz gündəlik əsasladı. Yəni, onun maaşı konkret təlim-məşq toplanışlarının sayına uyğun olaraq verilir. Təbii ki, gedişinə etiraz etmədik. Sevindirici haldı ki, Azərbaycan millisinin köməkçi-məşqçisi Almaniya klubundan təklif alıb".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər