"Fatih Terim sıradan bir insandı"

"Fatih Terim sıradan bir insandı"

Yay transfer pəncərəsində "Qalatasaray"a gələn və transfer müddətinin bitməsinə az qalmış "Əskişəhərspor"a gedən Erman Kılıç Fatih Terim haqda maraqlı açıqlama verib. Fanat.az xəbər verir ki, Kılıç hər kəsin təriflədiyi Terimin sıradan bir insan olduğunu dilə gətirib:

"Məşqlərin heç birindən qalmadım. Təlim-məşq toplanışında bütün gücümü ortaya qoydum. "Qalatasaray" azarkeşləri ilə görüşməyi gözləyərkən Çempionlar Liqası siyahısına salınmadığımı öyrənəndə şoka düşdüm. 250 min avro pul qazandırıb gedirəm. Faih terim mənim üçün artıq sıradan bir insandı. Tipimlə məzələndilər. "Əskişəhərspor"la razılaşdım. Çox xoşbəxtəm, dört gözlə "Qalatasaray" matçını gözləyirəm".

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər