"DÇ-2016": Millimiz ikinci səbətdə

"DÇ-2016": Millimiz ikinci səbətdə

İyulun 2-də futzal üzrə "DÇ-2016"nın seçmə mərhələsinin püşkü atılacaq.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan millisinin rəqibləri müəyyənləşəcək.

Yığmamız püşk zamanı II səbətdə qərarlaşacaq. Millimizlə yanaşı, ikinci səbətdə Serbiya, Rumıniya, Sloveniya, Macarıstan, Slovakiya və Hollandiya yığmaları da yer alacaq. Bu isə o deməkdir ki, həmin komandalar yığmamıza rəqib ola bilməyəcək.

I səbət: İspaniya, İtaliya, Rusiya, Portuqaliya, Ukrayna, Xorvatiya və Çexiya

II səbət: Serbiya, Rumıniya, Sloveniya, Azərbaycan, Macarıstan, Slovakiya və Hollandiya

III səbət: Belarus, Belçika, Bosniya və Herseqovina, Türkiyə, Qazaxıstan, Polşa və Makedoniya

IV səbət: İlkin mərhələnin qalibləri.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər