"Azarkeşləri söydüm"

"Azarkeşləri söydüm"
"Antalyaspor"un futbolçusu Gökçek Vederson "Qalatasaray" azarkeşlərini söyüb. Fanat.az xəbər verir ki, bunu Türkiyə vətəndaşlığı alan braziliyalı futbolçu özü etiraf edib.
Belə ki, "Qalatasaray" - "Antalyaspor" matçında Vederson zədələnərək yerdə qalıb. Bu zaman azarkeşlər onu, o da fanatları söyüb: "Zədələndim və yerə yıxıldım. Azarkeşlər qışqırır, bir şeylər deyirdilər, amma zədələndiyimi görmürdülər. Onlar məni söydü, mən də onları. Nə edim?"
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər