Türkiyə Super Liqasının IV turunun ilk oyunu keçirilib. Fanat.az xəbər verir ki, turun start görüşündə "Qalatasaray" doğma azarkeşlər önündə "Antalyaspor"u qəbul edib.
İlk dəqiqələr qarşılıqlı hücumlarla keçsə də, hesabı qonaqlar açıb. Antalya təmsilçisinin heyətində İsaak gələn topu ram edərək cərimə meydançasının içərisində gözləyən Titaya ötürmə edib və Tita topu tora qovuşdurub - 0:1. İlk hissə bu hesabla da yekunlaşıb. İkinci hissəyə ev sahibləri daha aktiv başlayıb. Bunun bəhrəsini "sarı-qırmızılar" matçın 75-ci dəqiqəsində görüb. Sabrinin cərimə meydançasına hava ilə göndərdiyi topu Didye Droqba qapıya istiqamətləndirib. Qarşılaşma 1-1 hesabı ilə də başa çatıb.
Fanat.az