Bir neçə gün əvvəl "Anji" və Samuel Eto`O barədə maraqlı açıqlamalar verən Roberto Karlosa Mahaçqala klubundan cavab gəlib. Fanat.az xəbər verir ki, "Andi"nin İdarə Heyətinin üzvü German Txaçenko braziliyalıya cavab verib.
"Sivasspor"un baş məşqçisinin yalan danışdığını deyən klub rəsmisi onu xəyalpərəst adlandırıb: "Mən Roberto Karlosun fanatıyam. Amma o, xəyalpərəst bir insandı. Karlos Eto`O məsələsində sadəcə mənimlə deyil, nə Qus Hiddink, nə də Süleyman Kərimovla hər hansı bir danışıq aparmayıb".
Qeyd edək ki, Karlos kamerunlu futbolçunun onun və Hiddinkin yerinə göz dikliyini bildirmişdi. O, həmçinin demişdi ki, "Anji"nin prezidenti Süleyman Kərimova məsləhət də verdiyini demişdi: "Eto`Okomandaya nəzarəti ələ almaq üçün işlərimə burnunu soxmağa başladı, mənim və baş məşqçi Qus Hiddinkin mövqeyinə göz dikdi. Məni hirsləndərdi. Kərimova "əgər Hiddinklə mən komandadan getsək, klubun çökəcəyini dedim. Amma Süleyman nələrin baş verəcəyini anlamadı. Mən işimə davam etsəydim, bunların heç biri olmayacaqdı. Bütün oyunçular qaçdı və təcrübəsiz bir komanda qaldı".
Fanat.az